İdman

Məşhur futbolçu QİÇS-ə yoluxdu

“Qalatasaray”ın sabiq furbolçusu Emmanuel Ebuedə QİÇS aşkarlanıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə 34 yaşlı müdafiəçinin meneceri bildirib. Onun sözlərinə görə, bu, futbolçunun “Limassol” klubunda tibbi baxışdan keçərkən bəlli olub.

Virusa yoluxan Fil Dişi Sahilindən olan futbolçunun müalicəsi Londonda aparılacaq.

Qeyd edək ki, afrikalı oyunçu “Qalatasaray”dan ayrıldıqdan sonra özünə klub tapmaqda çətinlik çəkib. O, bir müddət İngiltərənin “Sanderlend” klubunun da düşərgəsində olub, lakin onunla müqavilə imzalanmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43