Dünyadan

Messi bu dəfə tatusu ilə gündəmə gəlib

Lionel Messi futbolu ilə insanları heyran etsə də, tatuları ilə eyni təsiri yarada bilmir.

İdmanxeber.com-un məlumatına görə, yeni tatusu ilə məşqlərə qatılan Lionel Messinin son görüntüsü sosial şəbəkələrdə zövqsüz olaraq qarşılanıb.

Mövsümün əvvəlində “dəyişikliklərə sıfırdan başlamalıyam” deyən və öncə saçını sarıya boyayan argentinalı forvard daha sonra isə bədəninə tatular etdirməsi ilə diqqətləri üzərinə çəkib.

Ancaq onun bu hərəkətləri bir çox azarkeşi tərəfindən müsbət qarşılanmayıb və onların etirazı sosial şəbəkələrdə öz əksini tapıb.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43