Dünya futbolu

Messi üçün son 15 ildə ilk dəfə…

Lionel Messi son 15 ildə ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qol vura bilməyib.

İdmanxeber.az-ın məlumatına görə, PSJ-nin 35 yaşlı futbolçusu “Real”la 1/8 final mərhələsinin hər iki matçında fərqlənə bilməməklə bu göstəriciyə nail olub.

Messi daha əvvəl 2007-ci ilin fevralında pley-off görüşlərində eyni uğursuzluğu yaşayıb. İngiltərə “Liverpul”u həmin vaxt İspaniya “Barselona”sını evdə 1:0, səfərdə 2:1 hesabı ilə üstələyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43