Kateqoriyasız

“Milan”ın daha bir futbolçusu Azərbaycana gəlir

“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq İtaliya yığmasının baş məşqçisi Antonio Konte səfər oyunu öncəsi yığmaya daha bir futbolçu dəvət edib.

İdmanxeber.com-un məlumatına görə, zədələnən Lorenso İnsinyenin əvəzində “Milan”da çıxış edən yarımmüdafiəçi Cakomo Bonaventuranı yığmaya çağırıb.

Qeyd edək ki, Azərbaycan – İtaliya qarşılaşması oktyabrın 10-da Bakı Olimpiya stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43