Kateqoriyasız

“Milli komandada uduzmaqdan yorulmuşuq” – Şahruddin

“Qalib gələcəyimizə ilk dəqiqədən sonadək inanırdım. Hətta top buraxsaydım belə, komanda yoldaşlarımın qələbə topunu vuracaqlarına əmin idim”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Qazaxıstanda “Kayrat”ı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının 4-cü tur matçından sonra “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı “Report”a müsahibəsində deyib. Azərbaycan millisində də çıxış edən 27 yaşlı qolkiper qrupdakı son 2 oyun barədə düşünməyin hələ tez olduğunu bildirib:

“Hələ “Omoniya” ilə Bakıda və “Bazel” ilə İsveçrədəki qarşılaşmayadək vaxtımız var. Həftəsonu səfərdə “Sumqayıt”la vacib çempionat matçına çıxacağıq. Daha sonra Azərbaycan millisində heç də az əhəmiyyət kəsb etməyən görüşlərimiz olacaq. Millini də dəstəkləmək lazımdır. Artıq uduzmaqdan yorulmuşuq”.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasında 4 turdan sonra 10 xalla H qrupuna başçılıq edir. İkinci pillədəki İsveçrə “Bazel”inin 8 xalı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43