Kateqoriyasız

Millimiz dünya çempionatına bu heyətlə gedir

10-13 avqust tarixlərində Ekvadorun Quayaquil şəhərində gənclər arasında Dünya çempionatı keçiriləcək. 

İdmanxeber.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək. İdmançılarımız 5 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

10 avqustda -60 kq. çəkidə Turan Bayramov, 11 avqustda -73 kq.  çəkidə Vüsal Qələndərzadə və Qadir Hüseynov, 12 avqustda -81 kq. çəkidə Elcan Hacıyev və Məhərrəm İmamverdiyev, -90 kq. çəkidə Vüqar Talıbov, 13 avqustda isə -100 kq. çəkidə Ruslan Nəsirli və +100 kq. çəkidə Kənan Nəsibov tatamiyə çıxacaq.

Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43