Ölkə futbolu

Millimiz San Marino qarşısına ciddi ikilərlə çıxacaq

DÇ 2018-in sçemə mərhələsinin oyunları çərçivəsində Norveçə məğlub olan milli komandamız 2 gün sonra qarşılaşacağı San Marino ilə oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, belə ki, Maksim Medvedev, Dmitri Nazarov və Bədavi Hüseynov cəzalı duruma düşüb. Maksim və Dmitri sarı vərəqlə limitini doldurubsa, Bədavi qırmızı vərəqə aldığına görə “cırtan” ölkə təmsilçisi ilə matçı buraxmaq məcburiyyətində qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43