Kateqoriyasız

Millimizin futbolçusu 58 dəqiqə oynadı

Almaniya ikinci bundesliqasında 32-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın futbolçusu Toğrul Eratın komandası – “Fortuna” da növbəti matçına çıxıb.

Düsseldorf təmsilçisi doğma meydanda “Aalen”lə qarşılaşıb. Matç meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Toğrul 58-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Fortuna” bu məğlubiyyətdən sonra 41 xalla 8-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43