Müsahibə

Millimizin yeni baş məşqçisi “Xəzər Lənkəran”ı təriflədi, “Qəbələ”nin futbolçularından narazı qaldı – MÜSAHİBƏ

Milli komandamızın yeni baş məşqçisi Robert Prosineçkinin "Xəzər Lənkəran" – "Qəbələ" matçından sonra idmanxeber.com-a verdiyi müsahibəni sizə təqdim edirik.

– Oyunla bağlı nə deyərdiz?

Yaxşı futbol gördüm. Ancaq təəssüf ki, bugün meydanda bir komanda daha yaxşı oynadı ki, bu da "Xəzər Lənkəran" idi. 

– İlk öncə planda "Qarabağ" – "Neftçi oyununu izləmək yox idi. Necə oldu ki, həmin matçı da izlədiniz?

Vaxt baxımından "Qarabağ" – "Neftçi" oyununa baxmaq qərarına gəldim. Ancaq ilk hissədən razı qalmadım. Çətin oyun idi. Hər iki klub güclü idi. Fikrimcə buradakı oyun daha baxımlı idi. 

– "Qəbələ"nin heyətində millinin bir neçə üzvü çıxış edir. Ruslan Abışov, Cavid Hüseynov və başqaları… Onların oyunu ilə bağlı nə deyərdiz?

Bugün ümumi deyərdim ki, "Qəbələ" komandası zəif idi. Konkret ad çəkmək istəmirəm. Gələcəkdə oyunlara baxacam. Bugün onların heç bir futbolçusu özünü yaxşı tərəfdən göstərə bilmədi.

– U-21 millimizin yeni baş məşqçisi hələ dəqiqləşməyib. AFFA U-21-ə baş məşqçi kimi gətirəcəyi yönündə sizin də fikrinizi öyrənibmi?

Təbii ki, mən də öz təklifimi irəli sürmüşəm. Bilirsiz, U-21 əsas komandaya futbolçu verən komandadı. Ona görə, bura gələcək baş məşqçi də hər şeyə hazır olmalıdı. 

– Köməkçiləriniz tam bəllidimi?

Gələn həftə mənim köməkçilərimin kimlər olacağını biləcəksiz.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43