Dünya futbolu

Morata Çinə gedə bilər

Alvaro Morata yayda “Real”dan ayrıla bilər. “Marca”ya istinadən yaydığı xəbərə görə, ispan forvardın karyerasını Çində davam etdirmək ehtimalı var.

Çinin adı açıqlanmayan klubu Morataya 5 illik müqavilə və hər mövsüm üçün 7 milyon avro təklif edib.

Lakin futbolçu özü Çinə yollanmaq fikrində deyil. Morata İngiltərə Premyer Liqasında oynamağı arzulayır. “Mançester Yunayted” və “Çelsi” Alvaronun xidmətində maraqlıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43