İdman

“Neftçi” axır ki, Tərlan Əhmədovu postundan qovdu!!!

“Neftçi” futbol klubu əsas komandanın baş məşqçisi Tərlan Əhmədovla yollarını ayırıb. 

İdmanxeber.com-un məlumatına görə, Müşahidə Şurasının və təsisçilərin qərarı ilə 47 yaşlı mütəxəssislə müqavilə yenilənməyib.

Flaqman rəhbərliyi Əhmədova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Tərlan Əhmədov “Neftçi”yə 2017-ci il sentyabrın 11-də baş məşqçi təyin olunub. “Ağ-qaralar” onun rəhbərliyi altında mövsümü 28 oyundan 46 xalla 3-cü pillədə başa vurublar. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43