Kateqoriyasız

“Neftçi” azarkeşlərinin sevimlisi Brazilya klubunda

“Neftçi”dən ayrılan Flavinyonun yeni iş yerinə aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı yarımmüdafiəçinin yeni klubu bəlli olub .  Flavinyo Braziliya A seriyasında çıxış edən “Şapekoense”  klubuna transfer olunub.

Qeyd edək ki ,  Flavinyo 2010-cu ildən “Neftçi”də çıхış edirdi.  5 ildə 174 rəsmi oyuna çıхan 31 yaşlı futbolçu 38 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43