Ölkə futbolu

“Neftçi” – “Çixura” matçından sonrakı qalmaqal: Rövnəq Abdullayevi dinləyən olmadı, gürcülər hay-həşir saldı – VİDEO

Az öncə qeyd etdiyimiz kimi Avroliqanın III mərhələsinin "Neftçi" – "Çixura" matçından sonra qalmaqal düşüb.

İdmanxeber.com-un məlumatına görə, qalmaqala səbəb gürcüstanlı azarkeşlər olub. Belə ki, gəlmələr Gürcüstan xəritəsinin üzərində Qax və Zaqatala ərazilərini əks etdirən görüntülər yerləşdiriblər. Bu pankartı tribunada azarkeşlərimizə tərəf yelləyən qonaq fanatlar butulka və təhqiredici şüarlara "qonaq" olublar.

Stadiondakı gərgin anlardan daha çoxu isə matçdan sonra yaşanıb. "Çixura"nın prezidenti, AFFA başqanı Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, eləcə də PFL-in rəhbəri Ramin Musayev stadionun aşağı mərtbəsinin dəmir barmaqlıqlarla bağlı yerində mübahisəli formada açılan pankartı müzakirə edirdilər. Hətta bir neçə gürcü fanatı AFFA başqanı söhbət edərkən onun sözünü kəsərək qışqırıblar. Nəitcədə polis biri fanat olmaqla 4 gürcütsanlı jurnalisti çölə, ordan da polis bölməsinə aparıb. 

Yerli jurnalistlərə çəkilişə icazə verməyən polisin bu müdaxiləsinə rəğmən kiçik görüntü yaddaşa həkk edə bildik.

Qalmaqalla bağlı digər xəbərlərimizi də izləyin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43