Kateqoriyasız

“Neftçi” önünə narıncı forma ilə çıxacaqlar – FOTO

Kiprin “Aris” klubu bu gün “Neftçi”yə qarşı keçirəcəyi Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa xüsusi formalarla çıxacaq.

İdmanxeber.az xəbər verir ki, yeni dəstlər narıncı rəngdədir.

“Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Aris” matçı saat 21:00-da start götürəcək. Komandalar arasında Kiprdə baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43