Ölkə futbolu

“Neftçi”nin iki futbolçusu “Zirə” ilə matçı buraxacaq

“Neftçi”nin iki futbolçusu bu gün “Zirə”yə qarşı keçirəcəkləri Premyer Liqanın XXXI tur oyununu buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”ın mətbuat xidmətindən məlumat verilib.

Bərpa prosesi keçən qapıçı Emil Balayev və cəzalı Azər Salahlı sözügedən matçda meydana çıxmayacaqlar.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43