Kateqoriyasız

“Neftçi”nin sabiq baş məşqçisi yenidən “Şerif”də

Roberto Bordin “Şerif”in yeni baş məşqçisi təyin edilib

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. 58 yaşlı baş məşqçi Tiraspol təmsilçisinin sükanı arxasında Stepan Toması əvəzləyib.

Qeyd edək ki, Roberto Bordin 2017-2018-ci illərdə də “Şerif”ə rəhbərlik edib. O, 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43