Dünya futbolu

Obameyanq rəsmən “Çelsi”də

“Barselona”nın futbolçusu Pyer-Emerik Obameyanq “Çelsi”yə transfer olunub.

İdmanxeber.az-ın məlumatına görə, qabonlu hücumçu ilə 2 illik müqavilə imzalanıb. “Zadəganlar” bu transfer üçün Kataloniya klubuna 12 milyon avro ödəyib.

Qeyd edək ki, 33 yaşlı futbolçu ötən mövsüm 23 oyunda 13 qol vurub. O, bu ilin yanvarından “Barselona”da çıxış edirdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43