Kateqoriyasız

“Partizan”nın hücumçusu: “Serbiyada “Neftçi”yə çətin olacaq”

Avroliqanın pley-off mərhələsində “Neftçi”yə rəqib olan “Partizan klubunun futbolçusu Serbiya mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, “Partizan” klubunun hücumçusu Petar Skuletiç matç haqqında bu sözləri deyib:

Neftçi” ilə oyundan pulumuzu alıb-almamağımız haqqında fikirləşməyəcəm. Yerli çempionatda “Nis” üzərində qazandığımız qələbə (4:1) özünəinamımızı bir qədər də artırdı. Bu oyunda da qələbə qazanacağımıza əminəm. Daha öncəki rəqiblərimizlə görüşlərdə qol vurmuşam. Saşa Stamenkoviçin də qapısına qol vuracağıma söz verirəm. Lakin əsas qol vurmaq deyil. Onlarda son turda qalib gəliblər. Lakin oyunçularını bizlərdən gizlədiyinə əminik. Serbiyada “Neftçi”yə çətin olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43