Dünya futbolu

Pato gələn mövsümdən La Liqada – RƏSMİ

Aleşandro Pato gələn mövsümdən etibarən “Vilyareal”ın şərəfini qoruyacaq.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu La Liqa təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Pato Braziliyanın “Korintians”a məxsus idi. O, son olaraq icarə əsasında “Çelsi”in formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43