Premyer Liqa

Premyer Liqa VI tur: 4 oyun canlı yayımda

Premyer Liqanın VI turunun 4 oyunu canlı yayımlanacaq.

Sentyabrın 12-si saat 19:00-da start götürəcək "Neftçi" – "İnter" matçı "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq. Sözügedən kanal ertəsi gün 19:00-da keçiriləcək "Rəvan" – "Qarabağ" oyununu da canlı yayımlayacaq. "İdman Azərbaycan" şənbə günü oynanacaq "Xəzər Lənkəran" – "Bakı" (saat 19:00) və bazar günü baş tutacaq AZAL – "Qəbələ" (18:00) matçını da futbol sevərlərə canlı olaraq nümayiş etdirəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43