Kateqoriyasız

Premyer Liqamızda bu gün keçiriləcək oyunları izləməyin yolu

Bu gün Topaz Premyer Liqasında 16-cı turun növbəti oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, günün iki qarşılaşması “Bakı” – “Xəzər Lənkəran” və “Qəbələ” – “Qarabağ” matçı canlı yayımlanacaq.

14:00. “Bakı” – “Xəzər Lənkəran” – “Xəzər Lənkəran TV”

15:00. “Qəbələ” – “Qarabağ” – “İdman Azərbaycan TV”

Qeyd edək ki, günün son görüşü isə  “Neftçi” və “Sumqayıt” komandaları arasında oynanılacaq. Bu görüş heç bir kanalda yayımlanmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43