Kateqoriyasız

“Qəbələ” bir məşqlə kifayətləndi

2022/23 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar” Antalya şəhərində təşkil olunan hazırlığın yeddinci gününü başa vurub.

Komanda günü bir məşqlə yekunlaşdırıb. Elmar Baxşıyevin yetirmələrinin hazırlıq prosesi günün ilk yarısında baş tutub. Futbolçular əsasən toplu çalışmaları yerinə yetiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43