Kateqoriyasız

“Qəbələ”də zədə epidemiyası

“Qəbələ”nin beş futbolçusu hazırlıqda iştirak etmir.

İdmanxeber.az-ın məlumatına görə, bərpa dövrünü başa vurduqdan sonra topla hazırlıq keçən Rüfət Əhmədov komanda ilə müəyyən məşqlərə qatılır. Zədədən sonra bərpa dövrü keçən Urfan Abbasov və Yaovi Akakpo fərdi hazırlıqla kifayətlənir.

Türkiyənin İstanbul şəhərində əməliyyat olunduqdan sonra ölkəmizə dönən Gülağa Əsədov müalicəsini davam etdirir. Mikrozədədən əziyyət çəkən Asif Məmmədovun durumuna sabah baş tutacaq müayinədən sonra tam aydınlıq gəlməlidir.

Qeyd edək ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq. Qarşılaşma 27 fevral tarixində baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43