Ölkə futbolu

“Qəbələ”nin hazırlıq planı məlum oldu

“Qəbələ” klubunun qış hazırlıq planı müəyyənləşib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqası və kubokunun 2021-ci ildə keçiriləcək oyunlarının hazırlığına yanvarın 5-də start verəcək. Elmar Baxşıyevin yetirmələri məşqlərini Bakıda gerçəkləşdirəcək.

“Qəbələ” toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” yanvarın 10-da “Neftçi” ilə üz-üzə gələcək. 4 gün sonra keçiriləcək matçdakı rəqib isə “Sumqayıt” olacaq.

Azərbaycan Premyer Liqasında qış fasiləsi yanvarın 21-də yekunlaşacaq. “Qırmızı-qaralar” Premyer Liqanın 14-cü turunun matçında səfərdə “Zirə” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43