“Qəbələ”nin heyətinə qatdığı braziliyalı futbolçu Felipe Santos əyalət klubuna keçidi ilə bağlı paylaşım edib.
İdmanxeber.az xəbər verir ki, 25 yaşlı hücumçu instaqram hesabında bunları yazıb:
“Yeni çağırış ilə xoşbəxt və motivasiyalıyam. Möhtəşəm bir mövsüm olsun. Tanrı məni qorusun”.
Xatırladaq ki, “Qəbələ” Santosla 1+1 illik sözləşmə imzalayıb.