Ölkə futbolu Premyer Liqa

“Qərb derbisi”nə doğru: “Kəpəz” üçün pis xəbər

Premyer Liqanın 11-ci turu çərçivəsində “Kəpəz” səfərdə “Turan Tovuz”la qarşılaşacaq.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, Gəncə klubunun heyətində bir müddətdi ki, zədəli olan Olavale Onanuqa “Qərb derbisi”nə də hazır olmayacaq. Bundan başqa, son turu zədə səbəbindən buraxan Şakir Seyidov da Tovuz klubu ilə oyunda meydana çıxa biləməyəcək.

Qeyd edək ki, “Turan Tovuz” – “Kəpəz” matçı oktyabarın 28-də, saat 19:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43