Dünya futbolu

“Qarabağ” “Bavariya”, PSJ və “Mançester Siti”ni qabaqladı

Avropa çempionatlarında 2022-2023 mövsümünün ən çox qol vurmuş komandalar açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, siyahıda “Qarabağ” klubu da yer alıb. İlk “10-luq”da olan Ağdam təmsilçisi “Mançester Siti” (53), PSJ (52) və “Bavariya” (52) kimi klubları qabaqlayıb.

“Köhlən atlar” aktivindəki 54 qolla beşinci pillədə qərarlaşıb. Komandanın qol ortalaması 2,7 olaraq bəlirlənib.

Siyahıya “Seltik” klubu başçılıq edir. Şotlandiya təmsilçisi 74 qol vurub.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43