Kateqoriyasız

“Qarabağ” gözləniləndən də güclüdür” – “Yanq Boyz”un futbolçusu

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində mübarizədən kənarlaşdırdığı “Yanq Boyz”un futbolçusu Milan Vilotiç maraqlı fikirlər sələndirib.

İdmanxeber.com-un məlumatına görə, o, bunları deyib:

“Mən “Qarabağ” haqda əvvəlcə geniş məlumatlı deyildim. İlk oyunumuzdan sonra bu komandanın necə güclü heyəti olduğuna şahidlik etdim. Bakıdakı görüşdə uğur qazana bilərdik. Amma çox çətin oldu. Erkən qırmızı vərəqə və penalti bütün planlarımızı pozdu. “Qarabağ”ın qrup mərhələsinə düşməyə haqqı olduğunu düşünürəm. “Qarabağ”ın qrupdakı rəqiblərini də gördüm. “Tottenhem”, “Monako” və “Anderlext” üçün asan olmayacaq. Bəli, yenə təkrar edirəm, “Qarabağ”la oynamaq rəqiblərə heç də asan olmayacaq. Həqiqətən də “Qarabağ” gözləniləndən də güclüdür. Bu üç komandaya əsl başağrısı yaradacaq. Bizə qarşı oynadıqları kimi oynasalar, hər üçünü məğlub edərlər. “Qarabağ” oyun nizam-intizamını itirmir. Bu da peşəkarlıq tələb edir. “Qarabağ”ın qrupdan çıxacağına inanıram. Bilirəm ki, “Tottenhem”, “Monako” və “Anderlext”i sürpriz gözləyir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43