Kateqoriyasız

“Qarabağ” İsveçrədən qalib dönür (YENİLƏNİB)

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, ölkəmizi turnirdə təmsil edən "Qarabağ" da bu mərhələdə ilk matçına çıxacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda İsveçrədə "Yanq Boyz"un qonağı olacaq.

Cavab görüşünün Bakıda keçiriləcəyini nəzərə alsaq Ağdam təmsilçisi səfərdə qazanacağı sərfəli nəticə ilə revanş matçında azarkeş dəstəyi altında qrup mərhələsinə vəsiqə qazana bilər.

Avropa Liqası, Pley-off mərhələsi (ilk oyunlar)

20 avqust

23:00. "Yanq Boyz" – "Qarabağ” 0-1

Qol: Almeyda, 67

Hakimlər: Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin, Aleksey Eskov (Rusiya).

Bern. "Stad de Suisse".

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43