Kateqoriyasız

“Qarabağ” – “Kayrat” matçına biletlər tükəndi

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstanın “Kayrat” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç üçün satışa çıxarılan biletlər tükənib. 15 500 bilet artıq sahibini tapıb. Son məlumata görə, yalnız 300 VIP bilet qalıb.

Oyuna koronavirus pandemiyası səbəbindən arenanın 50 faizi tutumunda azarkeş buraxılmasına icazə var.

“Qarabağ” – “Kayrat” matçına saat 20:45-də start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43