Kateqoriyasız

“Qarabağ” Ovusunu Türkiyə klubuna verdi

“Qarabağ” futbolçusu Ovusu Kvabenanı Türkiyənin “Ankaragücü” klubuna icarəyə verib.

İdmanxeber.az-ın məlumatına görə, başa çatan mövsümdə Superliqada yerini itirən və 2021/22 mövsümündən 1-ci liqada mübarizə aparacaq Ankara klubu 24 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla 1 illik icarə müqavilə imzalayacaq.

Qeyd edək ki, “köhlün atlar”ın İspaniyanın “Kordobo” klubundan transfer etdiyi Ovusu 2019-cu ildən Ağdam klubunda oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43