Ölkə futbolu

“Qarabağ” özü Tovuza gedir, yeni transferi Bakıya gəlir

Albaniyanın “Tirana” klubundan Redon Cicanı heyətinə qatan “Qarabağ” futbolçunun keçidini yaxın günlərdə rəsmən açıqlayacaq.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu bu gün Tovuza yola düşəcək. “Köhlən atlar”ın 24 yaşlı yeni transferi isə bu gün Bakıya gələcək.

Tibbi müayinədən keçəcək Albaniya millisinin üzvü daha sonra “Qarabağ”la müqavilə imzalayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43