Dünyadan

“Qarabağ” – PAOK matçının biletləri nə vaxt satışa çıxarılacaq?

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” oktyabrın 20-si saat 21:00- da Yunanıstanın PAOK klubunu qəbul edəcək.

İdmanxeber.com xəbər verir ki, qarşılaşmanın biletləri oktyabrın 17-si saat 12:00-dan etibarən satışa çıxacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Sektorlara biletlər 1, 2, 5, 10, 20 manata, VİP biletlər isə 50 manata satılacaq.

Qeyd edək ki, “Qarabağ” – PAOK matçı oktyabrın 20-si saat 21:00-da Respublika stadionunda start götürəcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43