Kateqoriyasız

“Qarabağ” “Sürix”i keçə bilməsə…

UEFA Çempionlar Liqasında mübarizəni davam etdirən “Qarabağ” II təsnifat mərhləsində “Sürix”lə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu cütün məğlubu mübarizəni Avropa Liqasında davam etdirəcək. “Qarabağ” – “Sürix” cütünün məğlubu Avroliqanın IIİ təsnifat mərhələsində aşağıdakı cütlərin hər hansı bir məğlubu ilə üz-üzə gələcək.

“Ferençsvaroş” (Macarıstan) –  “Slovan” (Bratislava) (Slovakiya) cütünün məğlubu,

“Dinamo” (Zaqreb) (Xorvatiya) –  “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu,

HİK (Finlandiya) –  “Viktoriya” (Plzen) (Çexiya) cütünün məğlubu,

“Linfild” (İrlandiya) – “Budo-Qlimit” (Norveç,) cütünün məğlubu,

“Jalgiris” (Litva) – “Malmö” (İsveç) cütünün məğlubu,

“Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya)  cütünün məğlubu,

“Maribor” (Sloveniya) –  “Şerif” (Moldova) cütünün məğlubu,

“Makkabi” (Hayfa) (İsrail)  – “Olimpiakos” (Yunanıstan) cütünün məğlubu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43