Kateqoriyasız

“Qarabağ” üçün şad xəbər: “Yanq Boyz”da 6 ciddi itki

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün “Qarabağ”ı qəbul edəcək “Yanq Boyz” oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, İsveçrə komandasının heyətində 6 futbolçu zədəlidi.

Belə ki, müdafiəçi Loris Benito, yarımmüdafiəçilər Seferi və Sekou Sanago, hücumçu Aleksandr Gendtin bu matçı buraxacağı dəqiqdir. “Gənc oğlanlar”ın “vuran ayağı” Gilluame Oraonun oynayıb-oynamayacağı isə oyun saatına qədər aydınlıq gələcək.

Yarımmüdafiəçi Renato Steffendin də səhhətində problemlər var. Təcrübəli futbolçunun da bu matçda oynamaycağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43