Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma keçirilib.
“Qəbələ” öz meydanında AZAL-ı sınağa çəkib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ” isə “Zirə” ilə üz-üzə gəlib. Bu oyunda Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
V tur
19 sentyabr (bazar ertəsi)
20:00 “Qarabağ” – “Zirə” – 2:0
Qollar: Rahid Əmirquliyev, 20 (1:0), 37 (2:0)
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
“Əlincə Arena”
18:00 “Qəbələ” – AZAL – 3:0
Qollar: Filip Ozobiç, 31, Ruslan Qurbanov, 55, Roman Hseynov, 65
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu