Kateqoriyasız

“Qarabağ”a daha bir bəd xəbər: Millinin düşərgəsində zədələndi

“Qarabağ”ın və milli komandamızın aparıcı üzvü Rəşad Sadıqov zədələnib.

İdmanxeber.com-un məlumatına görə, milli ilə birgə Antalyada olan kapitan zədələndiyi üçün ayrıca məşq edib. 

Sadıqovun zədəsi yüngüldü. Onun “Şaxtyor”la oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı. 

Qeyd edək ki, zədəli olduğu üçün Rəşad Sadiqov və Səlahət Ağayev məşq etmir. Maksim Medvedyev isə eyni problem səbəbindən komandanın düşərgəsini tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43