25 Yanvar 2021
Kateqoriyasız

“Qarabağ”da koronavirusa yoluxanların sayı 6-ya çatdı

“Qarabağ” klubdakı koronavirusa yoluxmalar barədə açıqlama yayıb. Ağdamlıların rəsmi saytında bildirilir ki, komanda Avropa Liqasının qrup mərhələsinin V turunda qarşılaşacağı “Makkabi” ilə oyunöncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.

“Atlılar”ın hücumçusu Mahir Emrelidə testin nəticəsi pozitiv çıxıb və Türkiyəyə aparılmayıb.

Bir müddətdi Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynov da bu gün koronavirus testindən keçib və onda da koronavirus aşkarlanıb.

Daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və klubun tərcüməçiləri – Elvar Quliyevlə Aydın Rüstəmovda da testin nəticəsi pozitiv çıxdığı üçün komandadan ayrı düşüb.

Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də müalicəsini Lüksemburqda davam etdirir. Xorvatiyada isə müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünən verdiyi koronavirus testinin nəticəsi mənfi çıxıb və Türkiyəyə gələrək komandaya qoşulub.

Milli komandanın heyətindən gəldikdən sonra koronavirusa yoluxmuş daha bir futbolçu Musa Qurbanlının son iki testi də neqativ çıxıb, lakin futbolçu məşqlərdən uzaq olduğun üçün “Makkabi” ilə oyunun heyətinə əlavə edilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” “Neftçi”ni məğlub etdi

admin

“Qarabağ”ın 73 yaşlı rəqibi

admin

“Azərbaycanda heç kim futbolu Qurban Qurbanov qədər bilmir” – Mahir Emreli

admin