Kateqoriyasız

“Qarabağ”dan flaş transfer: İtaliyanın məşhur klubundan gəldi

Ölkəmizi Avropa Liqasının qrupunda təmsil edən "Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib. 

İdmanxeber.com "Rekord.az"-a istinadən xəbər verir ki, Ağdam klubu İtaliya B Seriyasında çıxış edən "Livorno”nın hücumçusu İnnosent Emeqara ilə razılıq əldə edib.

Artıq 25 yaşlı nigeriyalı bu gün Bakıya gəlib və klubun Suraxanıdakı bazasında olaraq, rəhbərliklə görüşüb, rəsmi müqaviləyə imza atıb. Sadəcə, hazırda bayram günü olduğu üçün müqavilənin təsdiqlənməsi bazar ertəsinə qalıb. 

Qeyd edək ki, Nigeriya millisinə də dəvət alan Emeqara İtaliya çempionatında 47 oyunda meydançaya çıxıb və 11 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43