“Qarabağ”ın daha bir legioneri komandadan ayırla bilər.
İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisinin yayda “Olimpiakos”dan icarəyə götürdüyü Tarik Elyunussi karyerasını İsveçdə davam etdirməyə yaxındır.
Bu ölkənin mətbuatı AİK-in Elyunussini heyətinə cəlb etmək istədiyini yazıb. Qeyd olunub ki, “Qarabağ” əsas heyətə düşə bilməyən futbolçu ilə yollarını ayırmağa hazırdır. İsveçin yüksək liqasında çıxış edən klub 29 yaşlı yarımmüdafiəçini icarəyə götürmək istəyir. Artıq futbolçunun müqavilə ilə məxsus olduğu “Olimpiakos”la danışıqlar aparıldığı bildirilir.
Qeyd edək ki, uzun müddətdir zədəli olan İsveç millisinin üzvü “Qarabağ”da cəmi 8 oyun keçirib.