Kateqoriyasız

“Qarabağ”ın düşərgəsindən “Bakı” üçün şad xəbər

Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Bakı” ilə qarşılaşacaq “Qarabağ” bu oyun öncəsi ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun aparıcı futbolçusu Riçard Almeyda ötən gün “İnter”lə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Mövsümdə dördüncü sarı vərəqəsini alan braziliyalı futbolçu paytaxt təmsilçisi ilə oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Bakı” – “Qarabağ” oyunu aprelin 5-də keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43