Kateqoriyasız

“Qarabağ”ın futbolçusu: ” Belə oyunlarda hər şey istədiyin kimi olmaya bilir”

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Valletta” ilə cavab görüşünə çıxacaq “Qarabağ”ın futbolçusu Admir Teli oyun öncəsi mətbuat konfransında iştirak edib.

İdmanxeber.com-un məlumatına görə, konfransda Admir Teli Rəşadın təcrübəsindən danışıb və sözlərinə belə əlavə edib:

“Həftə ərzində yaxşı hazırlaşmışıq. İlk oyunda qələbə qazandıq, amma bu hər şey demək deyil. Biz bu dəfə azarkeşlərimiz önündə oynayacağıq. Bilirk ki, bu oyunu tək “Qarabağ” yox, bütün Azərbaycan gözləyir. Belə oyunlarda hər şey istədiyin kimi olmaya bilir. İndi sırf bu oyuna köklənmişik. İlk oyun idi və hər hansı bir səhvin olması qaçılmazdır. Hər kəs Rəşadın təcrübəli olduğunu bilir. Maksimin də yoxluğu komandaya təsir edir. Biz çalışacağıq ki, kompakt şəkildə oyuna hazırlaşaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43