Dünya futbolu

“Qarabağ”ın rəqibi ulduz futbolçunu təqdim edir

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u bu gün yeni transferi Marselonu ictimaiyyətə təqdim edəcək.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Georgios Karaiskakis” stadionundakı təqdimat mərasimi saat 21:45-də başlayacaq. Azarkeşlər üçün giriş pulsuz olacaq. Yalnız mövsümlük VİP biletlərə sahib olan şəxslər müvafiq yerlərdə əyləşmək üçün biletlərdən istifadə edəcək.

34 yaşlı “sambaçı” yeni klubu ilə 1+1 illik müqavilə imzalayacaq.

Braziliyalı müdafiəçi 2007-ci ildən İspaniyada “Real”ın formasını geyinib. Marselo bu müddət ərzində 6 dəfə La Liqanın, 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti matçını isə bir həftə sonra Bakıda keçirəcək. G qrupunda Almaniyanın “Frayburq” və Fransanın “Nant” komandaları da yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43