Ölkə futbolu

“Qarabağ”ın yeni transferi Bakıda

“Qarabağ”ın yeni transferi Yassin Benzia karyerasını Azərbaycanda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçu “Qarabağ”la anlaşıb. O, tibbi baxışdan keçdikdən sonra Ağdam təmsilçisi ilə müqavilə imzalayacaq.

Benzia “Lion”, “Lill”, Yunanıstanın “Olimpiakos”, Türkiyədə isə “Fənərbağça” və “Hatayspor”un formasını geyinib. O, bu mövsümü Fransa ikinci liqasında çıxış edən “Dijon” klubunda keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43