Dünya futbolu

“Qarabağ”la oyunu səbirsizliklə gözləyirəm” – “Frayburq”un futbolçusu

Almaniya “Frayburq”unun futbolçusu Mixael Qreqoriç Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirib.

İdmanxeber.az-ın məlumatina görə, 28 yaşlı yarımmüdafiəçi G qrupunda “Qarabağ”, Fransanın “Nant” və Yunanıstanın “Olimpiakos” komandaları ilə keçirəcəkləri oyunları səbirsizliklə gözlədiyini bildirib:

“Bizə 3 əla rəqib düşüb və 3 əla səfərimiz olacaq. Bu oyunları səbirsizliklə gözləyirəm”.

Əsas istəklərinin daha da inkişaf etməkdən ibarət olduğunu deyən avstriyalı yeni transfer “Şturm”la eyni qrupa düşə bilməmələrinə təəssüflənib: “Bu komanda ilə rəqib kimi doğma ölkəmdə oynasaydıq, daha xoşbəxt olardım. Lakin təəssüf ki, püşk zamanı “Şturm”un 4-cü səbətdən adı “Nant”dan daha erkən çıxdı”.

Qeyd edək ki, “Frayburq” Avropa Liqasında ilk görüşünü sentyabrın 8-də “Europa Park” stadionunda “Qarabağ”a qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43