Dünyadan

Qaret Beyl yenidən ilin futbolçusu seçilib

Uels Futbol Federasiyasının təşkil etdiyi mükafat mərasimində ilin futbolçusu seçilən Beyl son 4 ildə rəqiblərini keçərək eyni müvəffəqiyyəti təkrarlayan tək futbolçu oldu.

İdmanxeber.com-un məlumatına görə, ölkəsindəki son 7 ilin futbolçusu mükafatının 6-sını qazanan 27 yaşındakı oyunçu bu il təşkil edilən Avropa Çempionatına (EURO 2016) ilk dəfə qatılan Uels Milli Komandasının yarım-finala qədər irəliləməsində performansıyla əhəmiyyətli rol boynuna götürmüşdü. 

Qeyd edək ki, Beyl keçən mövsüm Real Madrid ilə UEFA Çempionlar liqası kubokunun da sahibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43