Ölkə futbolu

“Qəbələ” azarkeşləri Bakıya axın edir: Final matçında 10 min tərəfdar

Bu gün baş tutacaq Azərbaycan kubokunun final matçında "Qəbələ"ni dəstəkləmək üçün Qəbələdən Bakıya azı 20 avtobusluq azarkeş gələcək.

İdmanxeber.com-un məlumatına görə, əyalət klubunu "Neftçi" ilə matçda azı 10 min adamın dəstəkləyəcəyi gözlənilir. Məsələ burasındadır ki, Zaqatala, Lənkəran və digər klubların əksər fanatları da "Qəbələ"yə dəstək olmaq üçün arenaya gələcəklər.

Qeyd edək ki, matç Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43