İdman

“Qəbələ” yoxlama oyunu keçirdi

Topaz Premyer Liqasının 2018/19 mövsümünə hazırlaşan “Qəbələ” yoxlama oyunu keçirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Sənan Qurbanovun komandası klubun əvəzediciləri ilə qarşılaşıb.  “Bakı” FK-nın təlim-məşq bazasında keçirilən matçda əsas komanda 2:1 hesabı ilə qalib gəlib. Əsas komandanın qollarını Rauf Əliyev və Ceyms Adeniyi vurub.

Xatırladaq ki, “Qəbələ” Premyer Liqa öncəsi son yoxlama oyununu avqustun 4-də “Keşlə”yə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43