Kateqoriyasız

“Qəbələ”nin futbolçusundan böyük tərbiyəsizlik: Azarkeşə təpik atdı (İnsidentin təfərrüatı)

Premyer Liqanın XIX turunda bu gün keçirilən “Bakı” – “Qəbələ” matçından  (0:2) sonra xoşagəlməz hadisə yaşanıb.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra meydan sahibi komandanın azarkeşləri ilə əyalət klubunun üzvü Cavid Hüseynov arasında insident baş verib.

“Bakı”dan “Qəbələ”yə keçən Hüseynov yerli azarkeşlərin birinə hətta təpik atıb.

Hadisənin iştirakçılarındna olan “zolaqlılar”ın fanatı Ramil Məmmədov saytımıza açıqlamasında qalmaqalı belə izah edib:

“Penalti vurulanda qapının arxasındaydıq. Cavid qol vurandan sonra təhqir edərcəsinə ikinci dəfə topu biz olan tərəfə vurdu. O, “Bakı”dan gedib “Qəbələ”yə, bu klubun çörəyini yeyib. Belə hərəkət etməyi bizi əsəbləşdirdi. Biz də cavabında əsəbi halda onu təhqir etdik.

Cavid künc zərbəsini yerinə yetirərkən bizi oyundan sonra söhbət etməyə çağırdı. Qarşılaşmadan sonra gəldi, söhbət etdiyimiz anda təpik atdı, polislər araya girdi, bizi ordan uzaqlaşdırdılar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43