Kateqoriyasız

Qriqroçuk: “Mənim qərarımdır!”

“Hər kəs əlindən gələni etdi. əlbəttə, nəticə baxımından daha yaxşısına nail ola bilərdik. Oyunun ilk hissəsinin müəyyən məqamlarında nümayiş etdirdiyimiz oyun daha çox xoşuma gəldi. Komanda oyundan-oyuna daha yaxşı oynayır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Qriqorçuk deyib.

“Panatinaikos”la oyunu dəyərləndirən ukraynalı mütəxəssis əvəzetmələrindən danışıb:

“Asif oyuna girdikdən sonra gedişatı dəyişmək üçün xeyli vaxt var idi. əslində, əvəzətmələrin müzakirə olunmasına sadəcə bir cümlə ile cavab verə bilərdim: mənim qərarımdır! Nöqtə! Amma sizə hörmət etdiyim üçün cavab verirəm, Antonov çox yorulmuşdu və əvəzətmə qaçılmaz idi. Cavab oyununadək topa nəzarət, topla daha dəqiq oynamaq, müdafiədə diqqəti artırmaq, əks-hücumlarda sürətli oyun və s. istiqamətlərdə daha çox işləməliyik. Öncə də demişdim, Cavid bizimçün önəmli futbolçudur. Ancaq pley-ofa yüksəlmiş komanda bir futbolçudan asılı olmamalıdır. Qrupa düşməyeə namizəd olan komandanın hücum xəttində zəiflik varsa, bu, bütövlükdə komandanın zəif olmasıdır. Çünki hücumların qurulması qapıçıdan tutmuş, digər 10 oyunçuyadək hamıdan asılıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43